Bakı. 4 noyabr. REPORT.AZ/ Çinin dövlət başçısı Çi Cinpinlə Tayvanın lideri Ma İnüzyu arasında Sinqapurda ilk dəfə görüş keçiriləcək.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, görüş noyabrın 5-də keçiriləcək. Görüşdə sülhsevər əlaqələrin təşviqinə dair fikir mübadiləsinin aparılacağı gözlənilir. Xəbərdə bildirilib ki, tərəflər arasında müqavilə və ya ortaq iş birliyinə dair sənəd imzalanmayacaq.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olub. İkinci dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ada Çinin tərkibinə daxil edilsə də, Tayvan özünü müstəqil dövlət hesab edir.