Çin və Hindistan sərhəd danışıqlarını bərpa edib

Çin və Hindistan sərhəd danışıqlarını bərpa edib Ötən il regionda Hindistan və Çin arasında iki həftə hərbi qarşıdurma baş verib
Digər ölkələr
23 Mart , 2015 18:08
Çin və Hindistan sərhəd danışıqlarını bərpa edib

Bakı. 23 mart. REPORT.AZ/ Hindistan və Çin uzun zamandır davam edən ərazi münaqişəsini həll etmək məqsədilə Dehlidə sərhəd danışıqlarının 18-ci raunduna start verib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, "Faktiki Nəzarət Xətti" barədə danışıqlar Hindistan baş naziri Narendra Modinin iki il əvvəl vəzifəyə gəlməsindən bəri ilk dəfədir bərpa edilir.

İki ölkə arasında münaqişə uzun zamandır davam edir. "Faktiki Nəzarət Xəttində" tez-tez kiçik miqyaslı atışmalar baş verir. 4000 kilometr uzunluğundakı de-fakto sərhəd Himalay dağlarından keçir və ucqar əraziləri əhatə edir.

Çin Şərqi Himalayda 90 min kv. kilometr torpağı tələb edir, Hindistan isə bunu rədd edir. Ərazinin böyük hissəsi Hindistanın Arunaçal yarımadasında yerləşir.

Ötən il regionda Hindistan və Çin arasında iki həftə hərbi qarşıdurma baş verib.

Sərhəd münaqişəsi 1962-ci ildə Asiyanın iki ən böyük ölkəsi arasında qısa müddətli müharibəyə səbəb olub.

Son xəbərlər

Orphus sistemi