Çin: Taylandın deportasiya etdiyi uyğurlar cihada gedirdilər

Çin: Taylandın deportasiya etdiyi uyğurlar cihada gedirdilər BMT, ABŞ və hüquq müdafiəsi təşkilatları uyğurların Taylanddan Çinə deportasiyasına etiraz bildiriblər
Digər ölkələr
12 İyul , 2015 22:39
Çin: Taylandın deportasiya etdiyi uyğurlar cihada gedirdilər

Bakı. 12 iyul. REPORT.AZ/ Çinin Xinhua agentliyi Taylanddan Çinə deportasiya olunmuş 100-dən çox uyğurun cihadçılara qoşulmaq məqsədilə Yaxın Şərqə yollandıqlarını iddia edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Çinin dövlət televiziyasının nümayiş etdirdiyi kadrlarda uyğurların Çinə hərəsinin başına torba keçirilmiş halda polis əməkdaşlarının müşayiətilə aparıldığı göstərilib.

BMT, ABŞ və hüquq müdafiəsi təşkilatları uyğurların Taylanddan Çinə deportasiyasına etiraz bildiriblər.

Həmin qurum, dövlət və təşkilatlar deportasiya olunduqdan sonra uyğurların Çində işgəncəyə məruz qala biləcəklərindən narahat olduqlarını bildiriblər.

Çoxları hesab edir ki, uyğurlar rəsmilər tərəfindən təqiblərə görə Sinzyan vilayətindən qaçmaq istəyiblər.

Son xəbərlər

Orphus sistemi