Çin şirkəti Fransa aeroportuna 308 milyon avro ödədi

Çin şirkəti Fransa aeroportuna 308 milyon avro ödədi Çin şirkəti sərnişin daşınmasını 2046-cı ildə 18 milyona çatdırmağı nəzərdə tutub
Digər ölkələr
20 Aprel , 2015 07:39
Çin şirkəti Fransa aeroportuna 308 milyon avro ödədi

Bakı. 20 aprel. REPORT.AZ/ Fransa hökuməti Tuluz-Blank Hava limanına məxsus səhmlərin 49, 9 faizinin Çin konsorsiumuna 308 milyon avroya satılması barədə sənədi rəsmiləşdirib. "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə şirkət rəhbərliyi məlumat yayıb.

Məlumatda bildirlir ki, təsdiq olunan sənəddə səhmlərin 10,1 faizinin şirkətin, yerdə qalan hissəsinin isə dövlətin hesabında qalması barədə qərar qəbul edilib.

Ölkənin dördüncü ən böyük hava limanı hesab edilən Tuluz-Blankın bir hissəsinin Çinin Şandu qrupu tərəfindən alınması yerli əhali arasında böyük narazılığa səbəb olub.

Çin şirkəti 2014-cü ildə 7517000 sərnişin daşınmasını 2046-cı ildə 18 milyona çatdırmağı nəzərdə tutub.

Son xəbərlər

Orphus sistemi