Çin Cibutidə hərbi baza açır

Çin Cibutidə hərbi baza açır Yeni baza Obok limanında fəaliyyət göstərə bilər
Digər ölkələr
10 May , 2015 20:00
Çin Cibutidə hərbi baza açır

Bakı. 10 May. REPORT.AZ/ Çin və Cibuti arasında aparılan məsləhətləşmələrdən sonra bildirilib ki, Şərqi Afrikada Çinə məxsus hərbi baza yaradıla bilər.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu məlimatı artıq Cibuti rəhbərliyi təstiq edib. Bildirilir ki, yeni baza Obok limanında yaradılmalıdır.

Qeyd edək ki, Cibuti ərazisində artıq ABŞ-ın regiondaki ən böyük hərbi bazası olan "Lemonye" fəaliyyət gösrərir. Rəsmi Vaşinqton Yəmən və Somali kimi dövlətlərdə apardığı əməliyyatları məzh Cibutidən əlaqələndirir.

Cubuti ərazisində Fransa və Yaponiyaya məxsus hərbi bazalar da var.

Son xəbərlər

Orphus sistemi