​Çin admiralı: "Cənubi Çin dənizindəki olaylar müharibəyə təhrik edə bilər"

​Çin admiralı: "Cənubi Çin dənizindəki olaylar müharibəyə təhrik edə bilər" Amerikalı admiral isə bildirib ki, münaqişə vəziyyətindən yayınmaq məqsədi ilə tərəflər danışıqlar haqda razılığa gəliblər
Digər ölkələr
30 Oktyabr , 2015 10:41
​Çin admiralı: Cənubi Çin dənizindəki olaylar müharibəyə təhrik edə bilər

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Əhəmiyyətsiz olaylar müharibəyə təhrik edə bilər".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Çin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral U Şenli ABŞ-dan olan həmkarı admiral Con Riçardsonla keçirdiyi video-konfransda bildirib.

O, ABŞ-ın Cənubi Çin dənizindəki fəaliyyətini təxribat kimi qiymətləndirib. 

Amerikalı admiral isə bildirib ki, münaqişə vəziyyətindən yayınmaq məqsədi ilə tərəflər danışıqlar haqda razılığa gəliblər.

Ötən gün ABŞ-la Yaponiya hərbçiləri birgə hərbi təlim keçirib. Bundan başqa ABŞ-ın "Lassen" raket daşıyıcısı Yaponiyanın Yokosuka adasındakı bazasından Cənub Çin dənizindəki Spratli (Nanşa) arxipelaqı yaxınlığında Çinin saldığı süni adaların ətrafında patrul xidməti həyata keçirib.

Çin rəsmiləri məsələ ilə bağlı bildirib ki, azad nəqliyyat və uçuş hərəkəti başqa dövlətin suverenliyi və təhlükəsizliyini təhidid etmək üçün əzələ nümayişi göstərməsinə bəhanə olmamalıdır.

Pentaqon isə faktı təsdiqləyərək, Cənubi Çin dənizində oxşar əməliyyatların gələcəkdə də keçiriləcəyini istisna etməyib.

Qeyd edək ki, Yaponiya hökuməti Çinin həmin ərazidə süni adalar yaratmasına etiraz edib.

Filippin hökuməti isə ABŞ hərbi gəmisinin həmin ərazidə patrul xidməti keçməsini alqışlayıb.

Xatırladaq ki, Cənub Çin dənizi neft, təbii qaz və balıqçılıq baxımından zəngin qaynaqlara malikdir. Həmin adalara Tayvan, Çin, Bruney, Malayziya, Vyetnam və Filippin də iddia edir. 

Son xəbərlər

Orphus sistemi