Cimmi Karter xərçəng xəstəliyindən müalicə edilir

Cimmi Karter xərçəng xəstəliyindən müalicə edilir 90 yaşlı sabiq dövlət başçısında bu xəstəlik ayın əvvəlində qara ciyər əməliyyatı zamanı aşkar edilib
Digər ölkələr
13 Avqust , 2015 21:20
Cimmi Karter xərçəng xəstəliyindən müalicə edilir

Bakı. 13 avqust. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Cimmi Karter xərçəng xəstəliyindən müalicə edilir.

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, Karter xərçəngin bir sıra orqanlarına yayıldığını bildirib.

90 yaşlı sabiq dövlət başçısında bu xəstəlik ayın əvvəlində qara ciyər əməliyyatı zamanı aşkar edilib.

ABŞ prezidenti Barak Obama Cimmi Karterə zəng edərək, tezliklə sağalmasını arzu edib.

1981-ci ildə prezidentlik vəzifəsini tərk etdikdən sonra o, qlobal humanitar müdafiəçi kimi tanınıb.

Cimmi Karter bir neçə kitabın müəllifidir. Onun sonuncu əsəri “Bötöv həyat:90-ların təəssüratı” adlanır.

Son xəbərlər

Orphus sistemi