​Çilidə sel qurbanlarının sayı 12-yə çatıb

​Çilidə sel qurbanlarının sayı 12-yə çatıb Çili prezidenti Mişel Baçelet təbii fəlakət nəticəsində ölənlərin artacağını istisna etməyib
Digər ölkələr
29 Mart , 2015 10:42
​Çilidə sel qurbanlarının sayı 12-yə çatıb

Bakı. 29 mart. REPORT.AZ/ Çilinin şimalında baş verən daşqın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 20 nəfər isə itkin düşüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Rodriqo Penyaililo bildirib.

Onun sözlərinə görə, təbii fəlakət 5 minə yaxın insana ziyan vurub.

Artıq bir həftədir ölkənin Antofaqasta, Atakama və Kokimbo əyalətlərinə leysan yağış yağır. Leysan nəticəsində əyalətdən axan çaylar daşıb, yaşayış yerlərini su basıb.

Xatırladaq ki, Atakama dünyanın ən quraqlıq ərazisidir. Mütəxəssislər hesab edir ki, bu əyalətə yağış yağması ciddi iqlim dəyişməsindən xəbər verir.

Çili prezidenti Mişel Baçelet hökumətin təbii fəlakətlə bağlı toplantısında hadisə qurbanlarının sayının artacağını istisna etməyib. 

Son xəbərlər

Orphus sistemi