Bakı. 20 iyun. REPORT.AZ/ Çilinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.
Təbii fəlakət Bakı vaxtı ilə 07.10-da qeydə alınıb. Məlumatda bildirilib ki, zəlzələnin mərkəzi Talkauano şəhərindən 76 km şimal-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi də elan edilməyib.