Bakı. 5 iyun. REPORT.AZ/ Çilidə, Kokimbo şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib. "Report"un xəbərinə görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Кокимбоdan 86 km şimal-qərbdə, zəlzələ ocağı 15,2 km dərinlikdə yerləşib.
Tələfat, dağıntılar, habelə sunami yaranması təhlükəsi yoxdur.