Çikaqo polisi üç nəfəri qətlə yetirmiş şəxsin gizləndiyi binanı mühasirəyə alıb

Çikaqo polisi üç nəfəri qətlə yetirmiş şəxsin gizləndiyi binanı mühasirəyə alıb O, hüquq-mühafizə orqanlarına atəş açıb
Digər ölkələr
12 May , 2016 22:09
Çikaqo polisi üç nəfəri qətlə yetirmiş şəxsin gizləndiyi binanı mühasirəyə alıb

Bakı. 12 may. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində polis 3 nəfərin qətlində şübhəli bilinən şəxsin olduğu həyət evini mühasirəyə alıb. "Report"un məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər yayıb.

Hələlik adı açıqlanmayan silahlı şəxsin çərşənbə günü bir ailənin üzvü olan iki gənc qadını və 50 yaşlı kişini qətlə yetirdiyi bildirilir. O, bundan sonra Fernvud ərazidə yerləşən evlərdən birində gizlənib.

Silahlı şəxs polisə və xüsusi təyinatlı dəstənin əməkdaşlarına atəş açıb. Hüquq-mühafizə orqanlarının cavab atəşi ilə onun yaralanıb-yaralanmadığı məlum deyil.

Agentliyin məlumatına görə, adı açıqlanmayan silahlı indiyə qədər evdədir. Polis yaxınlıqdakı küçələrə giriş-çıxışı məhdudlaşdırıb və cinayətkardan təslim olmağı tələb edir.

Son xəbərlər

Orphus sistemi