"Charlie Hebdo" jurnalının yeni nömrəsi dərhal satılıb

"Charlie Hebdo" jurnalının yeni nömrəsi dərhal satılıb Paris köşklərinin qarşısında növbələr yaranıb
Digər ölkələr
14 Yanvar , 2015 13:49
Charlie Hebdo jurnalının yeni nömrəsi dərhal satılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 14-də "Charlie Hebdo" jurnalı bir neçə dəqiqə ərzində satılıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Paris köşklərinin qarşısında jurnalın yeni nömrəsini almaq istəyən növbələr yaranıb. 

Satıcılar birdirirlər ki, jurnalın daimi oxucuları yeni nömrəni qabaqcadan sifariş edib. 

"Charlie Hebdo" jurnalının bu nömrəsində redaksiyaya bir həftə əvvəl hücum edən və 12 nəfəri qətlə yetirən terrorçular lağa qoyulub. Jurnalda, həmçinin İslam peyğəmbəri Məhəmmədin (s) əlində "Je suis Charlie" ("Mən - Şarliyəm") və "Hər şey bağışlanılıb" lövhəciyi tutan karikaturası yerləşdirilib. 

Jurnalın növbəti sayı 3 milyon tirajla çap olunub, adətən isə jurnalın tirajı 60 min nüsxədən ibarətdir.

Son xəbərlər

Orphus sistemi