Çernobıla qonur ayılar qayıdır

Çernobıla qonur ayılar qayıdır Son bir neçə ay ərzində aparılmış video müşahidə ərazidə qonur ayıların peydə olmasını göstərib.
Digər ölkələr
30 Noyabr , 2014 20:57
Çernobıla qonur ayılar qayıdır

Bakı. 30 noyabr. REPORT.AZ/ Çernobıl faciəsindən ötən müddət ərzində ilk dəfə olaraq şəhərətrafı ərazidə qonur ayıların peydə olması qeydə alınıb.

"Report" BBC-yə istinadən verdiyi məlumatına görə, Ukraynanın Çernobıl şəhərində 1986-cı atom elektrik stansiyasında baş vermiş partlayış və yanğın nəticəsində ətrafdakı təxminən 2,600 kilometrlik sahə radiasiyaya görə boşaldılmışdı.

Bölgənin canlı təbiətini müşahidə edən elmi qrupun rəhbəri Mayk Vud Salford universitetindən heyvanları izləmək üçün gizli kameralar quraşdırdıqlarını bildirirb.

Onun sözlərin görə, son bir neçə ay ərzində aparılmış video müşahidə ərazidə qonur ayıların peydə olmasını göstərib.

Belə elmi qruplardan biri 5 illik layihə çərçivəsində boşaldılmış ərazidə radiasiyanın təbiətə təsirini öyrənib.

Son xəbərlər

Orphus sistemi