Cənubi və Şimali Koreya yüksək səviyyədə danışıqları bərpa edib

Cənubi və Şimali Koreya yüksək səviyyədə danışıqları bərpa edib İki gündür davam edən danışıqlar Koreya yarımadasının iki ölkəsi arasında dialoqun canlandırılmasına cəhd göstərildiyini sübut edir
Digər ölkələr
12 Dekabr , 2015 11:43
Cənubi və Şimali Koreya yüksək səviyyədə danışıqları bərpa edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Şimali Koreyanın Keson şəhərində Koreya Respubkikası və KXDR arasında yüksək səviyyədə nazir müavinlərinin görüşü bərpa edilib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, iki gündür davam edən danışıqlar Koreya yarımadasının iki ölkəsi arasında dialoqun canlandırılmasına cəhd göstərildiyini sübut edir.

Müzakirə olunan məsələlər arasında Koreya müharibəsindən bəri sərhədin müxtəlif tərəflərində qalmış ailələrin birləşdirilməsi xüsusi yer alır. Bundan əlavə, Şimali Koreya tərəfi 2008-ci ildən dayandırılan Kımqan dağına birgə turların bərpası məsələsilə də maraqlanır.

Son xəbərlər

Orphus sistemi