Cənubi Sudanda yenidən silahlı toqquşmalar başlanıb

Cənubi Sudanda yenidən silahlı toqquşmalar başlanıb İyul 7-də Cubada baş verən qarşıdurmalar zamanı 270-dən çox adam həyatını itirib
Digər ölkələr
11 İyul , 2016 13:44
Cənubi Sudanda yenidən silahlı toqquşmalar başlanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Cənubi Sudanın paytaxtı Cubada yenidən silahlı toqquşmalar başlanıb.

"Report" "France Presse" agentliyinə istinadən xəbər verir ki, Cubada Cənubi Sudan prezidenti Salva Kiir və onun müavini Riek Maşarın tərəfdarları arasında toqquşmalar iyulun 7-də baş verib. Hərbi əməliyyatlar zamanı 270-dən çox adam ölüb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası dünən son iki gündə ikinci dəfə toqquşmaları pisləyib və sakinləri qorumaq üçün bu ölkəyə sülhməramlılardan ibarət əlavə qrup göndərməyə hazır olduğunu bildirib.

ABŞ Dövlət Departamenti isə Cubadakı səfirliyin bəzi əməkdaşlarını "evakuasiya" edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi