Cənubi Koreyanın mərhum eks-prezidentinin həyat yoldaşı Şimali Koreyaya səfər edəcək

Cənubi Koreyanın mərhum eks-prezidentinin həyat yoldaşı Şimali Koreyaya səfər edəcək Bu 2011-ci ildən sonra ilk belə səfərdir
Digər ölkələr
7 İyul , 2015 11:17
Cənubi Koreyanın mərhum eks-prezidentinin həyat yoldaşı Şimali Koreyaya səfər edəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Cənubi Koreyanın səkkizinci prezidenti mərhum Kim De-Cunun həyat yoldaşı Li Hi Ho avqustun 5-dən 8-dək Şimali Koreyaya səfər etməyə hazırlaşır. "Report"un Yonhap informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Koreyada ümid edirlər ki, Li Hi Honun səfəri Koreya yarımadasının iki ölkəsi arasındakı əlaqələrin yaxşılaşmasına və inkişafına təkan vermək üçün yaxşı imkan olacaq.

Qeyd edilir ki, bu 2011-ci ildən sonra ilk belə səfər olacaq. 93 yaşlı Li Hi Ho üç günlük səfəri çərçivəsində Pxenyandakı uşaq xəstəxanasını və məktəbəqədər uşaq tədris mərkəzini ziyarət edəcək. Onun KXDR lideri Kim Çen Inla görüşəcəyi barədə hələ məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi