Bakı. 15 fevral. REPORT.AZ/ Cənubi Koreyanın cənub-şərq hissəsində yerləşən Kanvanda əyalətində hərbi vertolyot qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır.
"Kyodo" agentliyinin məlumatına görə, UH-1H vertolyotu sınaq uçuşu zamanı yaşayış sahəsinə yaxın bir yerə düşüb. Vertolyotun göyərtəsində olan 4 ekipaj üzvünün hamısı dərhal xəstəxanaya çatdırılsa da, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. 50 yaşlı pilot isə vəziyyətinin ağır olmasına baxmayaraq, huşu yerindədir.
Hadisə ilə bağlı hərbi istintaq başlayıb.