Cənubi Afrika Respublikasında 486 şaxtaçı xilas edilib

Cənubi Afrika Respublikasında 486 şaxtaçı xilas edilib Hadisə Kusasalethu qızıl mədənində 2 km dərinlikdə baş verib
Digər ölkələr
23 Fevral , 2015 02:45
Cənubi Afrika Respublikasında 486 şaxtaçı xilas edilib

Bakı. 23 Fevral. REPORT.AZ/ Cənubi Afrika Respublikasında qızıl mədənində başlayan güclü yanğından sonra itkin düşən yüzlərlə şaxtaçı xilas edilib.

"Report"un BBC-yə istinadla verdiyi məlumata görə, hadisə Kusasalethu qızıl mədənində 2 km dərinlikdə baş verib.

Mədənə sahiblik edən Harmonу Gold şirkəti şaxtada başlamış yanğının nəzarət altına götürüldüyünü. 486 nəfərin xilas edildiyini açıqlayıb.

Güman edildiyinə görə, yanğın təmir işləri aparıldığı zaman başlayıb.

Son xəbərlər

Orphus sistemi