Bakı. 9 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Jenevrədə danışıqlara başlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş "Prezident Uilson" hotelində keçirilir.
Görüşün əsas mövzusu - Suriyadakı vəziyyətdir, tərəflər terrorçularla mübarizədə birgə koordinasiyanı müzakirə edəcəklər.
Həmçinin Ukraynadakı vəziyyət, ikitərəfli gündəlik məsələlər müzakirə olunacaq.