​Cenevrədə BMT-nin himayəsi altında Suriya üzrə məsləhətləşmələr başlayır

​Cenevrədə BMT-nin himayəsi altında Suriya üzrə məsləhətləşmələr başlayır Əsas diqqət suriyalıların problemlərinə yönəldiləcək
Digər ölkələr
5 May , 2015 07:40
​Cenevrədə BMT-nin himayəsi altında Suriya üzrə məsləhətləşmələr başlayır

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Cenevrənin Millətlər Sarayında BMT-nin himayəsi ilə Suriyadakı vəziyyətin nizamlanması yollarının axtarışına həsr olunan məsləhətləşmələr başlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, məsləhətləşmələrdə iştirak ilə bağlı Suriya hökuməti və müxalifətinin nümayəndələri, həmçinin İran, Səudiyyə Ərəbistanı və BMT Təhlükəsizlik Şurasına daimi üzv olan "beşlik" də daxil olmaqla "bütün regional və beynəlxalq oyunçular"a dəvət göndərilib.

BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura və onun müavini Rəmzi İzzeldin Rəmzi 4-6 həftə ərzində hər bir nümayəndə heyəti ilə qapalı, ayrı və qeyri-rəsmi görüşlər keçirəcək. Bununla yanaşı, əsas diqqət suriyalıların problemlərinə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi