​Çeçenistanın paytaxtında 5 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib

​Çeçenistanın paytaxtında 5 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib Yanğın 800 kvadratmetr ərazini bürüyüb
Digər ölkələr
31 May , 2016 03:00
​Çeçenistanın paytaxtında 5 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib

Bakı. 31 may. REPORT.AZ/ Çeçenistanın paytaxtı Qroznı şəhərində beşmərtəbəli binada güclü yanğın baş verib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Çeçenistanın Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanğın 800 kvadratmetr ərazini bürüyüb.

Alovun söndürülməsinə 11 texnika cəlb edilib. Binanın 500-dək sakini təxliyyə edilib. 

Hələlik xəsarət alanların olub-olmaması haqda heç bir məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi