Bakı. 27 noyabr. REPORT.AZ/ "Türkiyə haqlı olduğu halda Rusiyadan üzr istəməli deyil". "Report"un "Anadolu" ajansına istinadən verdiyi xəbərə görə, bunu Şimali Kiprdə səfərdə olan Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, hava məkanı pozulan dövlət məhz Türkiyə olub. "Hava məkanımızın dəfələrlə pozulmasına qarşı tolerant davrana bilmərik. Buna baxmayaraq hadisədən kədərləndiyimizi ötən gün telefon danışığı zamanı bildirdik, bu gün də bir neçə dəfə "hər birimizi kədərləndirən" ifadəsi işlətdik".
Nazirin sözlərinə görə, bundan sonraki mərhələdə Türkiyə Rusiya ilə dialoq qapılarını açıq tutacaq.