Bakı. 5 fevral. REPORT.AZ/ Cənubi Afrika Respublikasında (CAR) mədəndə baş verən qəza nəticəsində yüzdən çox insan itkin düşüb.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, hadisə yataqda emal prosesi zamanı baş verib və mədən uçub.
Xəbərdə bildirilib ki, uçqun ölkənin Mpumalanqa əyalətindəki mədəndə olub.