​CAR-da ildırım vurması nəticəsində 6 nəfər ölüb

​CAR-da ildırım vurması nəticəsində 6 nəfər ölüb Hadisə dəfn mərasimindən yenicə qayıdan bir qrup şəxsin başına gəlib
Digər ölkələr
13 Dekabr , 2015 20:02
​CAR-da ildırım vurması nəticəsində 6 nəfər ölüb

Bakı. 13 dekabr. REPORT.AZ/ CAR-ın cənubunda yerləşən Şərqi Keyp əyalətində ildırım vurması nəticəsində altı nəfər ölüb, altı nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü yerli SABC teleşirkəti məlumat yayıb.

Məlumata görə, hadisə dəfn mərasimindən yenicə qayıdan bir qrup şəxsin başına gəlib. Onlardan 4 nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada dünyasını dəyişib.

Daha 6 nəfərə tibbi yardım göstərilib, onlar xəstəxanadadırlar, vəziyyətləri stabil qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi