​Cammu və Kəşmirdə bir ayda 62 dinc sakin öldürülüb, 5 min nəfər yaralanıb

​Cammu və Kəşmirdə bir ayda 62 dinc sakin öldürülüb, 5 min nəfər yaralanıb Polis əməkdaşı: "Asayiş keşikçiləri kütləni dağıtmaq üçün atəş açmağa məcbur olub"
Digər ölkələr
16 Avqust , 2016 12:58
​Cammu və Kəşmirdə bir ayda 62 dinc sakin öldürülüb, 5 min nəfər yaralanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Cammu və Kəşmirdə avqustun 15-də baş verən kütləvi qarşıdurma nəticəsində 4 nəfər öldürülüb, 15 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Kəşmirin Budqam əyalətinin yaxınlığında yerləşən Maqam kəndində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub: "Etirazçılar polisə daş atıblar. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün atəş açmağa məcbur olub".

Məlumata əsasən, iyul ayında Cammu və Kəşmirdə baş verən toqquşmalar nəticəsində 62 dinc sakin, 2 polis ölüb, 5 mindən çox insan yaralanıb.

İnfromasiyaya görə, iyulun 8-də "Hizbul-Mücahidin" təşkilatının 22 yaşlı fəalı Burxan Müzəffər Vani öldürüldükdən sonra yerli sakinlərlə Hindistanın təhlükəsizlik qüüvələri arasında qarşıdruma olub. Uzun müddətdir Kəşmirdə komandat saatı tətbiq edilib.

Polisin məlumatına görə, bu müddət ərzində etirazçılarla təhlükəsizlik qüvvələri arasında 1023 dəfə toqquşma baş verib.

Qeyd edək ki, Hindistan "Hizbul-Mücahidin"i terrorçu təşkilatlar siyahısına daxil edib.

Xatırladaq ki, ötən gün Pakistan hakimiyyəti Hindistanı Kəşmir məsələsi ilə bağlı danışıqlara dəvət edib. 

Son xəbərlər

Orphus sistemi