Bakı. 31 yanvar. REPORT.AZ/ Çad Respublikasının qərbində baş verən iki partlayış nəticəsində 3 nəfər ölüb, 56 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü "Frans Press" agentliyi məlumat yayıb.
İnsident ölkənin qərbində yerləşən Çad gölü ərazisində baş verib. İlkin məlumatlara görə, terror aktlarını terrorçu-kamikadzelər törədiblər.
Agentliyin məlumatına görə, birinci kamikadze özünü Quye qəsəbəsində partladıb. Burada 1 nəfər ölüb, daha 32 nəfər yaralanıb. Miterin kəndində törədilən ikinci partlayış nəticəsində isə 2 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.