Cǝnubi Sudanda 750 min uşaq evsiz qalıb

Cǝnubi Sudanda 750 min uşaq evsiz qalıb 12 min uşaqdan “ǝsgǝr” olaraq istifadǝ edilir
Digər ölkələr
14 Dekabr , 2014 18:51
Cǝnubi Sudanda 750 min uşaq evsiz qalıb

Bakı. 14 dekabr. REPORT.AZ/ BMT Uşaqlara Yardım Fondu-nun (UNICEF) Cǝnubi Sudandakı şiddǝt hadisǝlǝrindǝn ǝziyyǝt çǝkǝn uşaqlar haqqında yayımladığı hesabatda, 2013-cü ilin dekabr ayından etibarǝn baş verǝn zorakılıq hadisǝlǝri sǝbǝbindǝn evsiz qalan uşaqlardan 320 minin isǝ qonşu ölkǝlǝrdǝ qaçqın olaraq yaşadığı bildirilib.

"Report" TRT-yə istinadən xəbər verir ki, 400 minǝ yaxın uşağın tǝhsil hǝyatının sona çatdığına işarǝt edilǝn hesabatda, 12 min uşaqdan isǝ silahlı qruplar tǝrǝfindǝn “uşaq ǝsgǝr” olaraq istifadǝ edildiyi vurğulanıb.

Hesabatda hǝmçinin 2015-ci ildǝ Cǝnubi Sudanın tǝcili ehtiyaclarının ödǝnilmǝsi üçün 166 milyard dollara ehtiyac olduğu da bildirilib.

Son xəbərlər

Orphus sistemi