BVF Yunanıstana borcunu ödəmək üçün möhlət verməyib

BVF Yunanıstana borcunu ödəmək üçün möhlət verməyib Yunanıstan hökuməti dövlət məmurlarının maaşlarını ödəmək üçün də vəsait tapmalıdır
Digər ölkələr
17 Aprel , 2015 12:27
BVF Yunanıstana borcunu ödəmək üçün möhlət verməyib

Bakı. 17 aprel. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstana ödənişlərin edilməsi ilə bağlı möhlət verməkdən imtina edib.

"Report" xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb.

Yunanıstan hökuməti Beynəlxalq Valyuta Fonduna borcunu hissə-hissə ödənilməsi ilə bağlı qeyri-rəsmi şəkildə müraciət edib. Fond bu müraciətə mənfi cavab verib. Müzakirə zamanı Yunanıstan hökumətinin təmsilçiləri əmin edib ki, borcun ödənilməsi ilə bağlı möhlətin istənilməsinə dair Fonda rəsmi müraciət olunmasın.

Xatırladaq ki, aprelin əvvəlində Afina Fonda 450 milyon avroya yaxın vəsait ödəyib, bu il mayın 1-də isə 195,1 milyon avro ödəməlidir. Məlumatda vurğulanıb ki, bu müddətdə Yunanıstan hökuməti dövlət məmurlarının maaşlarını ödəmək üçün vəsait də tapmalıdır.

BVF-nin məmurları dəfələrlə bəyan ediblər ki, Yunanıstan hökumətinin yeni islahat proqramı tam razılaşdırıldıqdan sonra borcun ödənilməsi müddəti uzadıla bilər.

Son xəbərlər

Orphus sistemi