"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Konqo Demokratik Respublikasından iki yüzə yaxın üsyançı Burundinin şimal-qərb sərhədini keçib.
Bu addım ordu ilə bir neçə gün davam edən toqquşmalara gətirib çıxarıb. Ölənlərin əksəriyyətinin üsyançı olduğu ehtimal edilir. Burundi ordusu çoxlu sayda silah ələ keçirib. Üsyançıların hansı qruplaşmaya aid olduğu hələ ki, məlum deyil.