​Bu gün Ukraynada matəm günü elan edilib

​Bu gün Ukraynada matəm günü elan edilib Prezident Pyotr Poroşenko bu barədə fərman imzalayıb
Digər ölkələr
5 Mart , 2015 04:16
​Bu gün Ukraynada matəm günü elan edilib

Bakı. 5 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Donetskin Zasyadko mədənində partlayış nəticəsində ölənlərin xatirəsinin yad edilməsi ilə əlaqədar olaraq 5 mart tarixini ölkədə matəm günü elan edib.

"Report" xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Seqolko məlumat verib.

"5 mart Zasyadko adına mədəndə ölənlərin xatirəsinin anılması ilə əlaqədar matəm günü elan edilib. Prezidentin fərmanıdır", - deyə məlumatda bildirilir.

Son məlumatlara görə, mədəndə partayış nəticəsində 33 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi