​Bu gün Türkiyədə "G20" ölkələrinin sammiti öz işinə başlayır

​Bu gün Türkiyədə "G20" ölkələrinin sammiti öz işinə başlayır Antalyada keçiriləcək sammit iki gün davam edəcək
Digər ölkələr
15 Noyabr , 2015 10:06
​Bu gün Türkiyədə G20 ölkələrinin sammiti öz işinə başlayır

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Türkiyənin Antalya əyalətinin Bələk kurort qəsəbəsində "Böyük İyirmilik" ölkələri liderlərinin sammiti öz işinə başlayır.

"Report" xəbər verir ki, sammit iki gün davam edəcək.

"Böyük İyirmilik" (G20) - qlobal iqtisadi və maliyyə əməkdaşlığı məsələlərinin müzakirə olunduğu aparıcı forumdur. Forumda payına dünya ÜDM-nin təxminən 85%-i düşən, dünyanın ən iri inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarını özündə birləşdirir. Bu il forumda sədrlik vəzifəsi Türkiyəyə keçib.

Sammitdə 19 üzv dövlət və Avropa İttifaqı nümayəndələrindən başqa Azərbaycan, Zimbabve, Malaziya, Seneqal, Sinqapur prezidentləri, həmçinin BMT, Dünya Bankı, ÜTT, BVF, BƏT, İƏİT daxil olmaqla əsas beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Sammit 129 nəfərin həyatını itirdiyi Paris faciəsi fonunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi