Rusiya və Türkiyənin XİN rəhbərləri ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər

Rusiya və Türkiyənin XİN rəhbərləri ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər Görüş QİƏT-in XİN başçıları Şurasının iclası çərçivəsində baş tutacaq
Digər ölkələr
1 İyul , 2016 08:34
Rusiya və Türkiyənin XİN rəhbərləri ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu iki ölkə prezidentlərinin razılaşmasına uğyun olaraq Soçidə danışıqlar aparacaqlar.

"Report" xəbər verir ki, görüş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçiriləcək.

Danışıqların əsas mövzusu 24 noyabr 2015-ci il tarixində Türkiyə HHQ-nin Rusiyaya məxsus "Su-24" qırıcısını vurmasından sonra ciddi sarsılan ikitərəfli münasibətlərin normallaşdırılması məsələsi olacaq.

Lavrov və Çavuşoğlu sonuncu dəfə dekabrın 3-də Belqradda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının "sahələri"ndə ünsiyyətdə olublar.

Son xəbərlər

Orphus sistemi