​Brüsseldə Rumıniya və Bolqarıstan vətəndaşlarının Kanadaya vizasız səfəri müzakirə olunacaq

​Brüsseldə Rumıniya və Bolqarıstan vətəndaşlarının Kanadaya vizasız səfəri müzakirə olunacaq Rumıniya və Kanada arasında viza rejiminin aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlər var
Digər ölkələr
7 İyul , 2016 02:47
​Brüsseldə Rumıniya və Bolqarıstan vətəndaşlarının Kanadaya vizasız səfəri müzakirə olunacaq

Buxarest. 07 iyul. REPORT.AZ/ "Rumıniya və Kanada arasında viza rejiminin aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlər var". “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, bu sözləri baş naziri Daçian Çioloş Rumıniya televiziyası "TVR-1"-ə müsahibəsində bildirib.

Baş nazir əlavə edib ki, sözügedən məsələ ilə bağlı mütəmadi olaraq kanadalı həmkarı Castin Trudeau ilə əlaqə saxlayır. “Ümid edirəm ki, hazırkı hökumət mandatının sonunadək bu məsələnin həlli istiqamətində inkişafın və qəbul olunacaq aydın qərarın şahidi olacağıq. Əks təqdirdə Rumıniya özünün malik olduğu təsir rıçaqlarından istifadə edəcək” – deyə o vurğulayıb.

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Rumıniya və Bolqarıstan, Avropa Birliyi, Kanada arasında üçtərəfli formatda görüş keçiriləcək. Görüşdə Rumıniyanı hökumət başçısının dəftərxana müdiri Dragoş Tudorake təmsil edəcək. “Bu məsələdə biz optimist olaraq qalırıq. Nəzərə alsaq ki, bu ilin oktyabr ayında Kanada ilə Avropa Birliyi arasında “Kompleks İqtisadi və Ticarət Müqaviləsi”nin (The Comprehensive Economic and Trade Agreement) imzalanaraq ratifikasiya olunması dəqiqləşdirilib, o zaman həm Rumıniya, həm də Bolqarıstan öz vətəndaşlarının üzləşdiyi bu cür haqsızlığın qarşısını alaraq veto hüququndan istifadə edəcək. Rəsmi Ottava bu riski nəzərə almalıdır”,- deyə D. Tudorake əlavə edib.

Xatırladaq ki, bu ilin aprel ayından ABŞ və Kanada vətəndaşları üçün Avropa Birliyi sərhədləri çərçivəsində viza rejimi aradan qaldırıldığından sözügedən iki ölkə də qarşılıqlı olaraq öz ərazisində Avropa Birliyi vətəndaşları üçün sərbəst hərəkəti təmin etməlidirlər. Lakin buna baxmayaraq Kanada Rumıniya və Bolqarıstan, ABŞ isə Avropa Birliyinin5 ölkəsinin vətəndaşları üçün viza rejimini hələ ki, tətbiq edir. 

Son xəbərlər

Orphus sistemi