Brüsseldə partlayış təhlükəsinə görə vağzal və prokurorluğun binası boşaldılıb

Brüsseldə partlayış təhlükəsinə görə vağzal və prokurorluğun binası boşaldılıb Qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb
Digər ölkələr
5 Oktyabr , 2016 16:55
Brüsseldə partlayış təhlükəsinə görə vağzal və prokurorluğun binası boşaldılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Brüsseldə partlayış təhlükəsinə görə Şimal dəmir yol vağzalı və prokurorluğun binası boşaldılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, hazırda bu iki obyektdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Onlar anonim mənbədən partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı alınmış xəbərin doğru olub-olmadığını yoxlayırlar.

Son xəbərlər

Orphus sistemi