Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Brüsseldə keçiriləcək NATO ölkələri müdafiə nazirlərinin görüşündə Rusiyanın Suriyadaki hərbi əməliyyatları məsələsinə xüsusi diqqət yetiriləcək.
“Report”un RBK-ya istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, bugünkü görüş təşkilatın gələcək fəaliyyəti üçün tarixi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, görüş iştirakçıları NATO-nun güclənməsi istiqamətində addımlar atacaq. Belə ki, qısa müddət ərzində Macarıstanda və Slovakiyada NATO qərargahlarının yaradılması planlaşdırılır.