​Brüsseldə bütün ticarət mərkəzləri, sərgi zalları, stadionlar istirahət günləri bağlı olacaq

​Brüsseldə bütün ticarət mərkəzləri, sərgi zalları, stadionlar istirahət günləri bağlı olacaq Fransalı rok-ulduz Conni Hollideyin konserti də təxirə salınıb
Digər ölkələr
21 Noyabr , 2015 17:55
​Brüsseldə bütün ticarət mərkəzləri, sərgi zalları, stadionlar istirahət günləri bağlı olacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldəki bütün iri dükanlar, kino-konsert və sərgi zalları, stadionlar, hovuzlar və klublar aniterror tədbirlərinin yüksəldilməsi məqsədi ilə istirahət günləri bağlı olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Brüssel hökuməti bildirib.

Məlumata görə, metro noyabrın 22-də Bakı vaxtı ilə 15.00-dək fəaliyyət göstərməyəcək.

Xəbərdə bildirlib ki, bütün irimiqyaslı idman tədbirləri, o cümlədən iki futbol oyunu və basketbol qarşılaşması, habelə fransalı rok-ulduz Conni Hollideyin konserti də təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi