Brüsseldə Aİ-Türkiyə sammiti keçiriləcək

Brüsseldə Aİ-Türkiyə sammiti keçiriləcək Əsas diqqət qanunsuz miqrasiya ilə mübarizəyə yönələcək
Digər ölkələr
7 Mart , 2016 04:56
Brüsseldə Aİ-Türkiyə sammiti  keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Belçikanın paytaxtı Brüsseldə miqrasiya üzrə Avropa İttifaqı (Aİ) -Türkiyə sammiti keçiriləcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, sammitə Aİ-yə üzv olan 28 ölkə rəsmiləri ilə yanaşı Türkiyənin hökumət başçısı Ahmet Davutoğlu da iştirak edəcək.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk müzakirələrdə əsas diqqətin qanunsuz miqrasiya ilə mübarizəyə yönələcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi