​Britaniyanın Misirdəki səfirliyi fəaliyyətini dayandırıb

​Britaniyanın Misirdəki səfirliyi fəaliyyətini dayandırıb Səfirliyin fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil
Digər ölkələr
8 Dekabr , 2014 00:03
​Britaniyanın Misirdəki səfirliyi fəaliyyətini dayandırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Misirin paytaxtı Qahirədəki səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bəyan edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, səfirlikdəki mənbə bu addımın təhlükəsizlik məqsədi ilə atıldığını bildirib.

Səfirliyin fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.

Son vaxtlar Misirdə tez-tez partlayışlar baş verir. Hökumət bu məsələdə İslam hərəkatları tərəfdarlarını ittiham edir.

Son xəbərlər

Orphus sistemi