​Britaniyalı deputatı öldürən şəxsə qarşı ittiham irəli sürülüb

​Britaniyalı deputatı öldürən şəxsə qarşı ittiham irəli sürülüb Tomas Meyr bu gün məhkəmə qarşısına çıxacaq
Digər ölkələr
18 İyun , 2016 07:34
​Britaniyalı deputatı öldürən şəxsə qarşı ittiham irəli sürülüb

Bakı. 18 iyun. REPORT.AZ/ Britaniya parlamentinin İcmalar palatasının deputatı Co Koksun qətlində təqsirləndirilən yeganə şübhəli şəxsə qarşı ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən "Frans Press" məlumat yayıb.

"İndi biz ona qarşı qətl törətmək ittihamı irəli sürdük. Birstall şəhərindən olan 52 yaşlı Tomas Meyr bu gün Vestminster magistrat məhkəməsi qarşısına çıxacaq", — deyə Qərbi Yorkşir polisinin müfəttişi Nik Uollen bildirib.

Deputat Co Koks cümə günü axşam Berstoll kitabxanası yaxınlığında seçiciləri ilə görüş zamanı bıçaqlanıb və qan itkisindən xəstəxanada keçinib.

Son xəbərlər

Orphus sistemi