​Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib

​Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib Təhdidi eşidən sərnişinlər polis çağırıblar
Digər ölkələr
2 Yanvar , 2016 03:13
​Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib

Bakı. 2 yanvar. REPORT.AZ/ Niderland polisi ötən gün paytaxt Amsterdamın "Schiphol" hava limanında sərnişinləri terminalda bomba partladacağı ilə hədələyən 29 yaşlı britaniyalını saxlayıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, sərnişinlər sözügdən şəxsin üzərində bir neçə bomba olduğunu bildirməsindən sonra polisə xəbər veriblər.

Silahlı polislər xidməti itlərlə birgə kişini döşəmyə uzadaraq üzərini və baqajını axtarıblar. Axtarış zamanı aeroportun hadisə baş verən terminalındakı insanları təxliyə etmək lazım gəlib.

Polisin məlumatına görə, kişi üzərində partlayıcı maddə və qurğu gəzdirməyib.

Son xəbərlər

Orphus sistemi