Britaniyada terror aktları hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb

Britaniyada terror aktları hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb Polis MI5 əks-kəşfiyyat xidməti, eləcə də fransalı və belçikalı həmkarları ilə birgə əməliyyat keçirib
Digər ölkələr
15 Aprel , 2016 15:40
Britaniyada terror aktları hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Britaniya polisi terror aktları hazırlamaqda şübhəli bilinən beş nəfəri saxlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, 26, 40 və 59 yaşında olan 3 kişi və 29 yaşlı qadın cümə axşamı gecə saatlarında Birmingemdə saxlanılıb. 26 yaşlı qadın isə cümə günü səhər Qatvik hava limanında həbs edilib.

Polis MI5 əks-kəşfiyyat xidməti, eləcə də fransalı və belçikalı həmkarları ilə birgə əməliyyat keçirib.

Xatırladaq ki, mart ayında silahlı şəxslər Brüsseldə bir sıra partlayışlar həyata keçirmişdi. Partlayışlar nəticəsində 34 nəfər həlak olmuşdu. Ötən ilin noyabrında isə Parisdə baş vermiş terror hücumları nəticəsində 130 nəfər öldürülmüşdü.

Hər iki terror hücumuna görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

Son xəbərlər

Orphus sistemi