Britaniyada NATO-nun böyük hərbi manevrləri başlanıb

Britaniyada NATO-nun böyük hərbi manevrləri başlanıb Manevrlər aprelin 24-dək davam edəcək
Digər ölkələr
12 Aprel , 2015 14:39
Britaniyada NATO-nun böyük hərbi manevrləri başlanıb

Bakı. 12 aprel. REPORT.AZ/ Britaniya hərbiyyəsi ildə iki dəfə keçirilən ənənəvi “Joint Warrior” hərbi təlim oyunlarına başlayıb. Bu manevrdə NATO üzvü olan 15 ölkə iştirak edir.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, 15 ölkədən 55 gəmi, 70 təyyarə, 13 min matros, əsgər və təyyarəçi iştirak etdiyi manevrlər iki həftə davam edəcək.

Şotlandiya sahillərində keçirilən bu manevrlərdə sualtı qayıqlara qarşı döyüş əməliyyatları məşq edilir.

“The Daily Telegraph” yazır ki, bu manevrlər plan üzrə keçirilsə də, bu dəfə onlara yaranmış geosiyasi vəziyyətlə bağlı xüsusi önəm verilir.

Son xəbərlər

Orphus sistemi