Britaniyada mənzillərdə baş verən xırda qarətlərin araşdırılmasından imtina edilir

Britaniyada mənzillərdə baş verən xırda qarətlərin araşdırılmasından imtina edilir Dəyişikliklər son 4 ildə hüquq-mühafizə orqanlarının büdcəsinin 25% azaldılması ilə bağlıdır
Digər ölkələr
30 İyul , 2015 02:27
Britaniyada mənzillərdə baş verən xırda qarətlərin araşdırılmasından imtina edilir

Bakı. 30 iyul. REPORT.AZ/ Britaniya polisi mənzillərdə baş verən xırda qarətlərin araşdırılmasından imtina etməyi düşünür.

"Report"un "RİA Novosti"yə istinadən xəbər verir ki, Polis Rəisləri Milli Şurasının rəhbəri Sara Tornton bu cür dəyişikliklərin son 4 ildə hüquq-mühafizə orqanlarının büdcəsinin 25% azaldılması ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, qarşıdakı on il ərzində Britaniya polisində kütləvi ixtisarlar gözlənilir: "Ümumilikdə, 70 min əməkdaşın ixtisar edilməsi nəzərdə tutulur. Biz diqqətimizi daha vacıb məsələlərə, seksual xarakterli cinayətlərin açılmasına, terrorizm və kibercinayətkarlıqla mübarizəyə yönəltməliyik".

Son xəbərlər

Orphus sistemi