Britaniyada 15 yaşlı yeniyetməyə ömürlük həbs cəzası kəsilib

Britaniyada 15 yaşlı yeniyetməyə ömürlük həbs cəzası kəsilib Yeniyetmə yalnız bir ittiham üzrə günahını boynuna alıb
Digər ölkələr
2 Oktyabr , 2015 21:10
Britaniyada 15 yaşlı yeniyetməyə ömürlük həbs cəzası kəsilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Avstraliyada veteranlar günündə keçirilən parad zamanı polis əməkdaşlarının başını kəsmək istəyən 15 yaşlı Britaniya vətəndaşı ömürlük həbs cəzasına məhkum olunub.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu gənc, hazırda terorçuluqda ittiham edilən ən gənc britaniyalıdır. Yeniyetmə yalnız bir ittiham üzrə günahını boynuna alıb.

Gənc olduğuna görə adı açıqlanmayan yeniyetmə cəzanın 5 ilini terrorçuluqda ittiham edilən şəxslərin həbsxanasında keçirməli olacaq.

Məlumata əsasən, müttəhim Avstraliyada əlaqə saxladığı və cihadçı olduğu deyilən başqa bir şəxsə başlarının kəsilməsi yolu ilə polisləri qətlə yetirməyi təklif edib.

Polisin müdaxiləsi olmasa, çox güman ki, gənc planlarını gerçəkləşdirə bilərdi, məhkəmədə bildirilib.

Birinci Dünya Müharibəsi vaxtı Türkiyənin qərbindəki Gelibolu yarımadasında hərbi kampaniya vaxtı həlak olmuş Avstraliya və Yeni Zelandiya vətəndaşlarının xatirəsinə həsr edilən veteranlar günü 25 apreldə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi