Britaniya şahzadəsinə qarşı sui-qəsd planının üstü açılıb, 6 nəfər saxlanılıb

Britaniya şahzadəsinə qarşı sui-qəsd planının üstü açılıb, 6 nəfər saxlanılıb Onlar mayın 19-22-də Çarlz və onun həyat yoldaşı Kamillaya sui-qəsd edəcəklərmiş
Digər ölkələr
14 May , 2015 19:53
Britaniya şahzadəsinə qarşı sui-qəsd planının üstü açılıb, 6 nəfər saxlanılıb

Bakı. 14 may. REPORT.AZ/ İrlandiyanın Litrim qraflığında 6 nəfər saxlanılıb. Onlar Britaniya şahzadəsi Çarlza sui-qəsd planının hazırlanmasında şübhəli sayılırlar. 

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdə partlayıcı maddələr və silah aşkar edilib. 

"The Daily Mirror" qəzetinin verdiyi məlumata görə, şübhəlilər mayın 19-22-də Çarlz və onun həyat yoldaşı Kamillaya səfər zamanı sui-qəsd edəcəklərmiş. Onların partlayıcı maddələri Laut və Ueksford qraflıqlarında, həmçinin Dublindəki gizli yerlərdə saxladıqları ehtimal edilir. Bu səbəbdən polis 20 müxtəlif məntəqədə axtarışlar aparıb. 

Yerli polisin verdiyi məlumata görə, saxlanılan şəxslər İrlandiya Respublika Ordusu (İRA) qruplaşması ilə əlaqədə şübhəli bilinirlər. 

Son xəbərlər

Orphus sistemi