​Britaniya Rusiyanı hərbi silah sərgisinə buraxmaqdan imtina edib

​Britaniya Rusiyanı hərbi silah sərgisinə buraxmaqdan imtina edib "DSEI 2015" sərgisi 15-18 sentyabrda Londonda keçiriləcək
Digər ölkələr
17 Fevral , 2015 02:07
​Britaniya Rusiyanı hərbi silah sərgisinə buraxmaqdan imtina edib

Bakı. 17 fevral. REPORT.AZ/ Böyük Britaniyanın "DSEI 2015" hərbi texnika sərgisinin təşkilatçıları Rusiya nümayəndələrinin tədbirdə iştirak etməsinə razılıq verməyiblər.

"Report" xəbər verir ki, bu barədə "Exo Moskvı" radiostansiyasının efirində "Rostex" Dövlət Korporasiyasının iqtisadi əməkdaşlıq üzrə baş direktor müavini Dmitri Şuqayev məlumat verib.

"DSEI ingilis sərgisi ərizə göndərməyimizə baxmayaraq, bu il rədd cavabı göndərir. Bizim necə deyərlər ingilis "tərəfdaşlarımız" deyirlər: "Biz sizi bu sərgidə görmək istəmirik", — deyə o bildirib və bunu "tamamilə qanqaraldıcı" adlandırıb.

"DSEI 2015" sərgisi 15-18 sentyabr tarixlərində Londonda keçiriləcək. Tədbirdə əsasən quru hərbi texnika sərgilənəcək.

Son xəbərlər

Orphus sistemi