"Rusiya təhlükəsinə hazır olmalıyıq" - Britaniya Gizli Kəşfiyyat Xidmətinin sabiq başçısı

"Rusiya təhlükəsinə hazır olmalıyıq" - Britaniya Gizli Kəşfiyyat Xidmətinin sabiq başçısı "Rusiya təkrarən bizə xatırladır ki, onların nüvə silahları var"
Digər ölkələr
28 Fevral , 2015 22:05
Rusiya təhlükəsinə hazır olmalıyıq -  Britaniya Gizli Kəşfiyyat Xidmətinin sabiq başçısı

Bakı. 28 Fevral. REPORT.AZ/ Rusiya Britaniya üçün təhlükəyə çevrilib və Britaniya özünü və müttəfiqlərini qorumaq üçün addımlar atmalıdır. Britaniya Gizli Kəşfiyyat Xidmətinin ("MI6") sabiq başçısı Ser Con Syuers belə deyir.

 "Report" BBC-yə istinadən xəbər verir ki, bu yaxınlarda təqaüdə çıxan Syuers bildirib ki, Rusiya "dövlətə təhlükə" yaradır.

Ser Con hesab edir ki, bu cür təhlükələrlə mübarizə aparmaq üçün müdafiəyə daha çox pul sərf olunmalıdır. Amma o, Rusiya ilə bağlı məsələlərin "artırılmış dialoq" vasitəsilə həll olunmasına çağırıb: "Rusiya təkrarən bizə xatırladır ki, onların nüvə silahları var".

"Rusiya ilə Amerikanın bərabər olduğu yeganə səviyyə, nüvə səviyyəsidir. Biz 1962-ci il Kuba raket böhranının təkrar olunmasını istəmirik ki, bu da bizi nüvə müharibəsinin həddinə çatdırsın. Biz bunu artırılmış dialoq vasitəsilə həll etməyə qadir olmalıyıq", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi