​Braziliyanın keçmiş prezidentinin evində axtarış aparılıb

​Braziliyanın keçmiş prezidentinin evində axtarış aparılıb Braziliya parlamenti Aşağı Palatasının sədri bir neçə milyon dollar rüşvət almaqda şübhəli bilinir
Digər ölkələr
4 Mart , 2016 19:11
​Braziliyanın keçmiş prezidentinin evində axtarış aparılıb

Bakı. 4 mart. REPORT.AZ/ Antikorrupsiya istintaqı çərçivəsində Braziliyanın keçmiş prezidenti Lusi İnasio Lula da Silvanın evində axtarış aparılıb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, keçmiş prezident isə ifadə vermək üçün saxlanılıb.

Keçmiş prezidentin evində aparılan axtarış Brazliya hüquq-mühafizə orqanlarının keçirdiyi irimiqyaslı antikorrupsiya əməliyyatının tərkib hissəsidir. Bu tədbirdə 200-ə yaxın polis əməkdaşı, vergi xidmətinin 30 nümayəndəsi iştirak edir.

Korrupsiya qalmaqalı 2014-cü ildə başlayıb. Onda "Petrobras"ın keçmiş direktoru qanunsuz neft təchizatında ittiham edilərək həbs edilmişdi. Bu hadisə ilə bağlı indiyədək yüzdən çox tanınmış iş adamı və siyasətçi həbs olunub. Onların arasında Braziliya parlamenti Aşağı Palatasının sədri Eduardu Kune də var. O, "Petrobras" şirkətinin müqavilələrinin imzalanmasına yardım etdiyi üçün bir neçə milyon dollar rüşvət almaqda şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi