Braziliyanın keçmiş prezidenti "Petrobras" işi üzrə ittiham olunur

Braziliyanın keçmiş prezidenti "Petrobras" işi üzrə ittiham olunur İttihamlar keçmiş prezidentlə birlikdə "Petrobras" şirkətinin top-menecerinə rüşvət verməyə cəhd edən daha beş nəfərə qarşı irəli sürülüb
Digər ölkələr
30 İyul , 2016 10:05
Braziliyanın keçmiş prezidenti Petrobras işi üzrə ittiham olunur

Bakı. 30 iyul. REPORT.AZ/ Braziliya prokurorluğu ölkənin keçmiş prezidenti Luis İnasio Lula da Silvaya qarşı dövlət neft-qaz şirkəti olan "Petrobras"da mənimsəmə işi üzrə aparılan istintaqa mane olmaq cəhdinə görə ittiham irəli sürüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, ittihamlar daha beş şübhəliyə qarşı da irəli sürülüb. İstintaq məlumatlarına əsasən, onlar sabiq prezidentlə birlikdə "Petrobras" şirkətinin keçmiş top-meneceri Nestor Serveronu rüşvətlə ələ almağa cəhd göstərib. İttiham olunanlar sabiq top-menecerə adı "Petrobras"dakı korrupsiya işi ilə yanaşı çəkilənlərə qarşı ifadə verməkdən imtina qarşılığında 250 min Braziliya realı, yəni təxminən 77 min ABŞ dolları təklif edib.

Qeyd edək ki, bu ilin mart ayında Braziliyada prokurorluğu artıq bir dəfə sabiq prezident Da Silvaya qarşı ittiham irəli sürüb. Həmin zaman o, dövlət vəsaitinin mənimsənilməsində şübhəli bilinirdi.

Son xəbərlər

Orphus sistemi