Braziliyalı məktəblilər Azərbaycanı tanıyırlar

Braziliyalı məktəblilər Azərbaycanı tanıyırlar Səfir Elnur Sultanov məktəblilərə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barədə geniş məlumat verib
Digər ölkələr
24 Mart , 2016 02:01
Braziliyalı məktəblilər Azərbaycanı tanıyırlar

Bakı. 24 mart. REPORT.AZ/ “Qapıları Açıq Səfirliklər” layihəsi çərçivəsində 50 braziliyalı məktəbli Azərbaycanın Braziliyadakı səfirliyində olub.

Səfirlikdən bildirilib ki, səfir Elnur Sultanov məktəblilərə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barədə geniş məlumat verib. O, Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əlaqələrdən danışıb, bu il martın 15-də Rio de Janeyro şəhərində Azərbaycanın adını daşıyan məktəbin açıldığını qeyd edib. Bununla yanaşı, səfir Novruz bayramı və Novruz adətlərindən də söz açıb. Diplomat, həmçinin tədbir iştirakçılarının ölkəmiz haqqında müxtəlif suallarını cavablandırıb.

Qeyd edək ki, “Qapıları Açıq Səfirliklər” layihəsi Brazilia Federal Dairəsinin hökuməti tərəfindən həyata keçirilir. Layihə çərçivəsində braziliyalı məktəblilər Brazilia şəhərində yerləşən səfirliklərə gedərək, müxtəlif ölkələr haqqında məlumat əldə edirlər. 

Son xəbərlər

Orphus sistemi